Mask haqqında yeni sənədli film milyarderi sərt tənqid obyektinə çevirir – VİDEO

Hazırda oxunan: Mask haqqında yeni sənədli film milyarderi sərt tənqid obyektinə çevirir – VİDEO

635465

Rejissor Aleks Gibni İlon Maskın həyatından və fəaliyyətindən bəhs edən dörd saata yaxın davam edən “Mask” (Musk) adlı yeni sənədli film çəkib.

Bizim.Media xəbər verir ki, film milyarderi həm “müasir dövrün dahi ixtiraçısı”, həm də “təsəvvürə sığmayan dərəcədə idarəolunmaz şəxs” kimi təqdim edir.

Filmin yayımlanan yeni tizerində əvvəlcə 55 yaşlı sahibkar “həqiqi Dəmir Adam” və “dahi” kimi təriflənir, lakin dərhal sonra ton kəskin şəkildə dəyişərək onun “xotkar, proqnozlaşdırılmayan, sərt və eqoist” olduğu vurğulanır. Treylerin kulminasiyasında isə Mask “Yer kürəsinin ən nəzarətsiz adamı” və “ağlını itirmiş insan” kimi səciyyələndirilir.
 

İlon Maskın özünün çəkilişlərdə iştirak etmədiyi və layihəni hələ 2023-cü ildə sosial şəbəkələrdə tənqid edərək “sifarişli kompromat” adlandırdığı qeyd olunur. Buna cavab olaraq rejissor Aleks Gibni “Haradan bilirsiniz?” sualı ilə çıxış edib.


Toronto Kino Festivalının təsvirində Maskın gücünün komiks qəhrəmanlarını xatırlatdığı vurğulanır. Filmdə onun Tesla, Starlink, Twitter (X), süni intellekt sahəsindəki layihələri, həmçinin SpaceX-in birjaya çıxmasından sonra dünyanın ən varlı adamına çevrilməsi işıqlandırılır. Layihə üzərində Gibni ilə yanaşı Maykl C. Palmer də işləyib; filmdə jurnalist Kara Svişer, filosof Sem Harris və İlon Maskın ilk həyat yoldaşı Castin Mask da yer alıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin