Nazir: “Təhsil siyasəti ayrı-ayrı rəylərə söykənməməlidir”

Hazırda oxunan: Nazir: “Təhsil siyasəti ayrı-ayrı rəylərə söykənməməlidir”

635416

PISA 2025-in nəticələri açıqlanıb.

Bizim.Media xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev "PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqram"ının nəticələrinin təqdimatında bildirib.

Nazirin sözlərinə görə, PISA 15 yaşlı şagirdlərin bilik və bacarıqlarını ölçdüyü və təhsilin son mərhələlərini əhatə etdiyi üçün mühüm göstərici hesab olunur.

"PISA bizə həm öz nəticələrimizi, həm də digər ölkələrin nəticələrini müqayisə etməyə imkan verən bir ölçü təqdim edir. Onun əsas funksiyalarından biri müqayisə aparmaqdır. İkinci mühüm funksiyası isə təhsil siyasətinin formalaşdırılması üçün məlumat bazası yaratmasıdır. Beş cilddə dərc olunan və növbəti cildləri də hazırlanacaq PISA nəticələri elmi tədqiqatçılar üçün təhsil siyasətini araşdırmaq, problemləri müəyyənləşdirmək və bu istiqamətdə islahatlar hazırlamaq baxımından böyük əhəmiyyət daşıyır.

Təhsil siyasəti ayrı-ayrı rəylərə deyil, məhz belə statistik və elmi əsaslandırılmış məlumatlara söykənməlidir", - nazir bildirib.

Qeyd edək ki, PISA 2025 çərçivəsində Azərbaycan üzrə 241 məktəbdən 7 500-dən çox şagirdin qiymətləndirməyə cəlb olunub.

Fəridə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin