Nuhun gəmisinin sirri açılır? - Düz bucaqlar, dəhlizlər...

Hazırda oxunan: Nuhun gəmisinin sirri açılır? - Düz bucaqlar, dəhlizlər...

635382

Tədqiqatçılar rəvayətlərə görə Türkiyə ərazisində yerləşən Nuhun gəmisinin sirrini açmaq istiqamətində növbəti mühüm addımı atıblar.

Bizim.Media xəbər verir ki, bu barədə arxeoloq Endryu Cons “İzvestiya” nəşrinə müsahibəsində bildirib.

Arxeoloqun sözlərinə görə, axtarış aparılan ərazidə gəmi formasını xatırladan obyekt aşkar edilsə də, onun mənşəyi hələlik tam dəqiqləşməyib.

“Biz bunun torpaq qatı altında qalaraq dağılan Nuhun gəmisinin qalıqları ola biləcəyini düşünürük”, – deyə Cons qeyd edib.

Alim əlavə edib ki, georadar skanlaması nəticəsində obyektdə düz bucaqlar, dəhlizlər və ehtimal olunan daxili bölmələr üzə çıxarılıb. Bu fakt strukturun sadəcə təbii qaya çıxıntısı olması versiyasını şübhə altına alır.

Consun bildirdiyinə görə, bu əraziyə ilk dəfə hələ 1959-cu ildə xəritəşünas İlhan Durupınar diqqət çəkib və yerin koordinatları İncildəki (Müqəddəs kitab) təsvirlərlə üst-üstə düşür.

Tədqiqatçılar artıq GPS xəritələndirməsini aparıb və analiz üçün torpaq nümunələri götürüblər.

Beynəlxalq layihədə ABŞ, Avstraliya, Braziliya və Slovakiyadan olan mütəxəssislər də təmsil olunurlar.

Xatırladaq ki, bundan əvvəl Türkiyədə Nuhun gəmisini axtaran alimlər ərazidə anomal boşluqların təsbit edildiyini bildirmişdilər. (qafqazinfo.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin