Kiyevdə metro stansiyanın yaxınlığına raket düşdü – FOTO-VİDEO

Hazırda oxunan: Kiyevdə metro stansiyanın yaxınlığına raket düşdü – FOTO-VİDEO

635399

Rusiya ordusunun Kiyevə gecə həyata keçirdiyi ballistik raket hücumları nəticəsində dağıntılar və insan tələfatı qeydə alınıb.

Bizim.Media xəbər verir ki, Fövqəladə Hallar Dövlət Xidmətinin məlumatına görə, hücum nəticəsində 2 nəfər həlak olub, 7 nəfər yaralanıb. Fəsadlar şəhərin 5 rayonunda qeydə alınıb, mərkəzdə bir həyət yanıb. Şəhərdə evlər, anbarlar, qarajlar və avtomobillər zədələnib.

Kiyevdə "Taras Şevçenko" metro stansiyasının yaxınlığındakı obyektə raket düşüb. Partlayış dalğası və vibrasiya səbəbindən stansiyanın girişindəki hərflər qopub.

Şahidlər iki ballistik raketin eyni nöqtəyə ardıcıl olaraq düşməsi anını kameraya çəkiblər.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin