Yer kürəsində yeni maqnit qasırğası gözlənilir

Hazırda oxunan: Yer kürəsində yeni maqnit qasırğası gözlənilir

635284

Yer kürəsində yenidən G1 dərəcəli maqnit qasırğası gözlənilir. Bu təbiət hadisəsinin sentyabr ayının 9-da baş verəcəyi ehtimal olunur.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasının rəsmi saytında dərc olunan məlumatda bildirilir.

Mütəxəssislərin proqnozlarına əsasən, növbəti üç gün ərzində planetimizdə zəif maqnit dalğalanmaları hiss ediləcək.
 

Belə ki, sentyabrın 7-də vəziyyət stabil olacaq, ayın 8-dən etibarən ilkin dalğalanmalar özünü göstərəcək. Sentyabrın 9-da isə Bakı vaxtı ilə saat 13:00-da maqnit qasırğasının planetimizə təsiri başlayacaq.


Bununla belə, təqdim olunan qrafiklər qasırğanın uzunmüddətli olmayacağını göstərir. Axşam saatlarına doğru geomaqnit fonunun tamamilə normallaşacağı və aktivliyin səngiyəcəyi gözlənilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin