Sentyabrın 2-də Rusiyanın hərbi hava qüvvələrinə məxsus Mi-8 helikopteri Saxalin vilayətinin cənubunda avtomobil yola sərt eniş edərək yol kənarındakı xəndəyə yuvarlanıb.
Bizim.Media xəbər verir ki, Rusiya Müdafiə Nazirliyinin ayırdığı helikopter çətin əldə olunan regionlarda Dövlət Dumasına seçkilər üzrə vaxtından əvvəl səsvermənin keçirildiyi Poronay rayonundakı Terpeniye burnundan qayıdırmış.
Bortda 3 nəfər ekipaj üzvü ilə yanaşı, Saxalin Vilayət Seçki Komissiyasının nümayəndəsi və yerli telekanalların 4 jurnalisti olub.
Rəsmi məlumatlara görə, insidentin səbəbləri texniki mütəxəssislər tərəfindən araşdırılır. Lakin profil resursların məlumatına görə, hadisəyə səbəb helikopterin yanacağının bitməsi olub.
Bizim.Media

- A-
- A
- A+
Dünya
16:51 / 03.09.2026
Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO
Hazırda oxunan: Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO
Hazırda oxunan: Helikopter avtomobil yoluna sərt eniş etdi - Xəndəyə yuvarlandı – ANBAAN VİDEO
634631
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































