4 nəfərə hökm oxundu - 100 min manatlıq DƏLƏDUZLUQ

Hazırda oxunan: 4 nəfərə hökm oxundu - 100 min manatlıq DƏLƏDUZLUQ

634637

Məhkəmə qərarlarını vətəndaşların xeyrinə dəyişdirmək və başqa vədlərlə dələduzluq etməkdə təqsirləndirilən Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov və Bəhruz Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Rəsul Abbasov, Fəqan Həsənov, Zamin İbrahov 7 il, Bəhruz Hacıyev isə 5 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

İttihama görə, təqsirləndirilən şəxslər Ədliyyə Nazirliyi, Konstitusiya Məhkəməsi, Ali Məhkəmədə, Bakı Apellyasiya Məhkəməsində yüksək vəzifələrdə çalışan qohumlarının və tanışlarının olduğunu bildirərək ayrı-ayrı şəxslərə dələduzluq etməklə ümumilikdə yüz min manat pul ələ keçiriblər.

Onlar yüksək vəzifədə çalışan qohum və tanışları vasitəsilə həbsdə olan vətəndaşları cinayət məsuliyyətindən azad edəcəklərinə, bu mümkün olmadıqda isə daha yüngül cəza almalarına kömək edəcəklərini vəd ediblər.

Zərərçəkmişlərdən yalnız birinə dəymiş ziyandan 6 min manat ödənilib, digər zərərçəkmişlərə ödəniş olunmayıb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin