Fransada Madrid "Real"ının və Fransa milli komandasının hücumçusu Kilian Mbappenin oğurlanmasını planlaşdıran 18 yaşlı gənc saxlanılıb.
Bizim.Media xəbər verir ki, bu barədə "Le Parisien" qəzeti yazıb.
Mənbə qeyd edir ki, Fransa hüquq-mühafizə orqanları səs-küylü cinayətlərin qarşısını alıb. Bunlardan biri də məşhur futbolçunun qaçırılması planı olub.
Polis tərəfindən aparılan axtarışlar zamanı (iş materiallarında Klement L. kimi tanınan) 18 yaşlı şübhəlinin mobil qurğularından və məlumatlarından məlum olub ki, o, həbsxana kamerasından birbaşa messencerlər vasitəsilə əlbir olanların həkətlərini əlaqələndirirmiş və detallı məlumat bazası toplayıbmış.
Tapılmış "qara siyahı"da 26 nəfərin ünvanı və şəxsi məlumatları olub — ulduz futbolçudan əlavə, təcavüzkarlar tanınmış iş adamlarına, zərgərlərə və məşhur repçilərdən birinə hücumlar planlaşdırıblarmış.
Cinayətkar qruplaşmanın təşkilatçısı təkadamlıq kamerada saxlanılır, ona qarşı quldurluq və ağır cinayətlərin hazırlanması işləri üzrə rəsmi ittihamlar irəli sürülüb. İstintaq planlaşdırılan hər bir oğurluğun hazırlıq səviyyəsini müəyyənləşdirir.
Bizim.Media


































































































