Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

Hazırda oxunan: Tanınmış bəstəkar və ailəsi faciəvi şəkildə öldürüldü

634603

Meksikanın paytaxtı Mexikoda lüks penthaus mənzilində dəhşətli qətl hadisəsi baş verib.

Bizim.Media Bakupost.az-a istinadla xəbər verir ki, mənzildə silahla vurulmuş 4 nəfərin meyiti aşkarlanıb.

Məlumata görə, penthausa daxil olan iki naməlum şəxs 38 yaşlı bəstəkar Conatan Melendezi və onun ailəsini qətlə yetiriblər.

Həyatını itirənlər arasında bəstəkarın həyat yoldaşı, 3 yaşlı qızı, evin köməkçisi olub. Qatillər iti də öldürüb.

Hadisə yerinə aidiyyəti qurumlar cəlb olunub. Səlahiyyətlilər Melendezin 6 yaşlı uşağının hadisə yerində sağ-salamat tapıldığını bildiriblər.

Melendezin həyat yoldaşı Ana Paolanın təxminən 4 aylıq hamilə olduğu bildirilib. Meksika Baş Prokurorluğu qurbanların və ailənin ev heyvanı olan itin hadisə yerində yapışqanlı lentlə bağlanmış vəziyyətdə tapıldığını açıqlayıb.

Bəyanatda 3 yaşlı bir qız və daha iki nəfərin başından güllələnərək öldürüldüyü, bir nəfərin isə kürəyindən güllələndiyi bildirilir.

Baş Prokurorluq hadisə ilə bağlı iki şübhəlinin saxlanıldığını açıqlayıb. Hadisə ilə bağlı araşdırmanın davam etdiyi bildirilir.

Qeyd edək ki, 38 yaşlı meksikalı bəstəkar, musiqiçi və prodüser Conatan Melendez (Jonathan “Honas” Meléndez) Meksikanın tanınmış indi-rok və sinti-pop qrupu olan Camilo Séptimonun yaradıcılarından biri olub.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin