Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya vətəndaşları üçün viza rejiminin tətbiq olunmayacağını bəyan edib.
Bizim.Media xəbər verir ki, bu barədə erməni mətbuatı yazıb.
Jurnalistlərin brifinqində çıxış edən Paşinyan bu cür niyyətlərinin heç vaxt olmadığını vurğulayıb:
"Bizim belə bir niyyətimiz yoxdur və heç vaxt olmayıb. Əksinə, biz Rusiyadan gələn turistləri böyük məmnuniyyətlə qəbul edirik".
Baş nazir qeyd edib ki, rusiyalı turistlər Ermənistanın turizm imkanlarının təbliğində fəal iştirak edirlər, yerli ictimaiyyət onları sevgi ilə qarşılayır və onlar ölkədə özlərini olduqca rahat hiss edirlər.
Xatırladaq ki, bundan əvvəl Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Şərq İqtisadi Forumunda (VEEF) Ermənistanın viza rejimi tətbiq edəcəyi təqdirdə bunun ilk növbədə elə Ermənistan vətəndaşlarına ziyan vuracağını bildirmişdi.
Bizim.Media

- A-
- A
- A+
Region
15:39 / 03.09.2026
Paşinyandan Rusiya vətəndaşlarına tətbiq ediləcək vizalarla bağlı iddialara REAKSİYA
Hazırda oxunan: Paşinyandan Rusiya vətəndaşlarına tətbiq ediləcək vizalarla bağlı iddialara REAKSİYA
Hazırda oxunan: Paşinyandan Rusiya vətəndaşlarına tətbiq ediləcək vizalarla bağlı iddialara REAKSİYA
634613
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



































































































