Florida ştatının Tampa şəhərindən olan 39 yaşlı Brent Andervud Kaliforniyada yerləşən və gümüş mədəni ilə məşhur olan "Serro-Gordo" (Cerro Gordo) adlı tərk edilmiş qəsəbəni alaraq orada tək yaşamağa başlayıb.
Bizim.Media xəbər verir ki, bu barədə "People" jurnalı yazıb.
2018-ci ildə dostunun zarafatla göndərdiyi elandan sonra həmin qəsəbəni alan Andervud uşaqlıq xəyallarını gerçəkləşdirib. Uşaqlıqda babasının izlədiyi "Smoke from the Gun" vesterninə olan heyranlığı onu Amerika Qərbinin ruhuna bağlayıb. O, qəsəbəni 1,4 milyon dollara alıb.
2020-ci ildə koronavirus pandemiyası zamanı ora bir neçə aylığına köçməyi planlaşdıran Brent artıq altı ildir ki, orada yaşayır. O, TikTok-da 3 milyon, Instagram-da isə yarım milyondan çox izləyicisi ilə bu həyat tərzini bölüşür.
Səhərlər keçi, toyuq və alpakaları bəsləyən Andervud fiziki işlərlə məşğul olur, gələcək otel layihəsi üçün tikinti işlərinə nəzarət edir. Əsas çətinliklər isə təcrid olunmuş həyat, qışda rabitənin kəsilməsi, su kəmərlərinin donmasıdır.
Brent qəsəbədə otel, bar, restoran və ölüm vadisinə (Death Valley) mənzərəsi olan kempinq yerləri açmağı planlaşdırır.
Bizim.Media



































































































