“Hazırda Rusiyada səfərbərlik tələb edən heç bir ssenari yoxdur”.
Bizim.Media xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Şərq İqtisadiyyat Forumunda deyib.
Rusiya lideri bu mövzuda yayılan xəbərləri cəfəngiyat adlandırıb və bunu Dövlət Dumasına seçkilərdən əvvəl informasiya hücumu ilə əlaqələndirib.
“Bu, Dövlət Dumasına seçkilər ərəfəsində düşmən tərəfindən həyata keçirilən informasiya hücumu və nəticələrə təsir göstərmək cəhdidir. Bu, sadəcə olaraq, hesablanmış bir informasiya əməliyyatıdır”, - deyə Putin vurğulayıb.
Rusiya Prezidenti ölkəsində insanların Ukrayna vətəndaşlarından fərqli olaraq, Müdafiə Nazirliyi ilə könüllü müqavilələr imzaladığını qeyd edib.
Bizim.Media


































































































