Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər – RƏSMİ AÇIQLAMA - FOTO

Hazırda oxunan: Şuşanın qayalarını "xatirə dəftəri"nə çevirdilər – RƏSMİ AÇIQLAMA - FOTO

634618

Şuşa şəhərinə gələn bəzi turistlərin tarixi əhəmiyyət daşıyan qayaların üzərinə yazılar yazması narazılığa səbəb olub.

Bizim.Media xəbər verir ki, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin mətbuat katibi Səmayə Məmmədova oxu.az-a açıqlamasında məsələ ilə bağlı qurumun adından ictimaiyyətə müraciət edib.

O bildirib ki, şəhərə gələn bəzi şəxslər həm təbiətə, həm də tarixi əks etdirən qayalara ziyan vururlar:

"Sizə, sadəcə, iki nümunə göndərdik. Belə hallar çoxdur. Məsələ ilə bağlı dəfələrlə tədbir görülüb, qayaları korlayan şəxslər cərimələnib və onlara izahat verilib. Lakin buna baxmayaraq, xoşagəlməz hallar davam edir və təkrarlanır.

O qayalarda qan izləri var, o qayalarda güllə izləri var. Bütün bunların fonunda gəlib orada yazı yazmaq, ad yazmaq, hər şeydən əvvəl, o torpaqlara canını qoyanların ruhuna hörmətsizlikdir".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin