İordaniyadakı ABŞ bazası İranın hücumundan sonra – VİDEO

Hazırda oxunan: İordaniyadakı ABŞ bazası İranın hücumundan sonra – VİDEO

634531

İran raketlərinin İordaniyadakı "Şahzadə Həsən" hərbi bazasına endirdiyi zərbələrin peyk görüntüləri yayılıb.

Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, bazanın uçuş-enmə zolağında ehtimal edilən raket zərbəsinin və yanğının izləri müşahidə olunur. 

Mütəxəssislər bildirirlər ki, İranın balistik raketinin birbaşa zərbəsi təsdiqlənərsə, uçuş zolağı müəyyən müddət istifadəsiz qala bilər.

Məlumata görə, sözügedən hərbi baza ABŞ-nin İran yaxınlığında gündəlik kəşfiyyat və müşahidə missiyalarını yerinə yetirən "MQ-4C" (və "RQ-4", "MQ-9") PUA-larına ev sahibliyi edir. Kadrlarda həmçinin zərbələrə davamlı bir neçə anqarın yaxınlığında da yanğın izlərinin olduğu görünür.

Xatırladaq ki, dünən İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) balistik raketlərlə İordaniyadakı "Şahzadə Həsən" bazasında yerləşən PUA anqarlarını və texniki infrastrukturu hədəf aldığını bəyan etmişdi.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin