Özbəkistanda qədim divar rəsmi aşkarlandı - FOTO

Hazırda oxunan: Özbəkistanda qədim divar rəsmi aşkarlandı - FOTO

633626

Özbəkistanın Qaşqadərya vilayətində yerləşən Boburtepa abidəsində unikal qədim divar rəsmi aşkar edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Özbəkistanın Mədəni İrs Agentliyi məlumat yayıb.

Tapıntı arxeoloji qazıntılar zamanı üzə çıxarılıb. Tədqiqatçılar bir neçə otaqdan ibarət qədim tikilinin qalıqlarını aşkarlayıblar.

Tikilinin otaqlarından birinin qərb divarında gil suvağın üzərinə çəkilmiş lalələr və ağ çiçəklər təsvir olunub. Rəsmlər nazik, dalğavari qırmızı xətlərlə tamamlanıb.
 

Daha sonra divar rəsminin üzəri ağ əhəng suvağı ilə örtülüb. Alimlər hesab edirlər ki, bu, təsviri qorumaq məqsədilə bilərəkdən edilib. Yəni divarın sonradan suvanması qədim rəsmi gizlətməklə yanaşı, onu qorumağa yönəlmiş cəhd olub.


Tədqiqatçıların ehtimalına görə, tikili dini ayinlər üçün istifadə olunan məkan olub. Abidənin monumental divarları və özünəməxsus dekorativ tərtibatı da bu versiyanı dəstəkləyir.

İlkin məlumatlara əsasən, tikili eramızın IV-V əsrlərində fəaliyyət göstərib.

Səmərqənd bölməsinin Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən aparılacaq növbəti qazıntı və tədqiqatlar tikilinin ilkin təyinatını, memarlıq quruluşunu və tarixi əhəmiyyətini daha dəqiq müəyyənləşdirməyə imkan verəcək.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin