MKİ rəhbərinin Moskva səfərinin PƏRDƏARXASI: Rusiya NATO-ya hücuma hazırlaşır?

Hazırda oxunan: MKİ rəhbərinin Moskva səfərinin PƏRDƏARXASI: Rusiya NATO-ya hücuma hazırlaşır?

633498

Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ/CIA) rəhbəri Con Retkliffin Moskvaya səfəri Rusiyanın yaxın gələcəkdə NATO-ya hücum hazırlaya biləcəyindən xəbər verir.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ-nin Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) məqaləsində qeyd olunub.

İnstitutun mütəxəssislərinin fikrincə, Rusiyanın NATO ölkəsinə tammiqyaslı müdaxilə etməsi ehtimalı azdır.

ABŞ kəşfiyyatı Rusiyanın alyansa hücumunu "yaxın bir neçə ilin" məsələsi hesab etsə də, Retkliffin səfər forması daha yaxın müddətlə bağlı narahatlıqdan xəbər verir. Çünki bu cür səfərlər adətən birinci dərəcəli vacibliyə malik məxfi və həssas məsələlərin müzakirəsi məqsədi daşıyır.
 

Analitiklər qeyd edirlər ki, bu səfər MKİ-nin keçmiş rəhbəri Uilyam Bernsin Kremlin Ukraynaya hücumunun qarşısını almaq üçün etdiyi səfərdən fərqlənir. O zaman Rusiya artıq Ukrayna sərhədində aktiv şəkildə qoşun toplayırdı. Hazırda isə Rusiyanın Baltikyanı ölkələrlə sərhəd zonasında analoji addımlar atdığına dair heç bir sübut yoxdur.


Bununla belə, ekspertlərin fikrincə, Rusiya Baltikyanı ölkələrə hava zərbələri endirə və ya kiçik qüvvələrlə məhdud quru müdaxiləsi həyata keçirə bilər. Bu tür əməliyyatlar üçün Rusiyaya 2021-ci ildəki kimi böyük kontingent toplamaq vacib deyil. Lakin Putinin belə bir əməliyyatı artıq təsdiqləyib-təsdiqləmədiyi hələlik məlum deyil.

ISW vurğulayır ki, hazırda Rusiya NATO-ya hücum etmək imkanını hər vəchlə təkzib edir. Lakin bu bəyanatlar Kremlin real mövqeyi deyil, koqnitiv müharibənin bir hissəsi ola bilər. Moskva 2021-ci ilin sonu və 2022-ci ilin əvvəlində də Ukraynaya hücum planlarını fəal şəkildə təkzib edirdi.

Ekspertlərin fikrincə, Kreml NATO-ya hücum niyyətləri ilə bağlı qəsdən qeyri-müəyyənlik yaradır.

Bu, qorxu yaymağa və alyansın özünümüdafiə ilə bağlı qərar qəbul etmək qabiliyyətini iflic etməyə imkan verir. Bundan əlavə, bu taktika Ukraynaya silah tədarükünün davam etdirilməsinə də təsir göstərir.

Analitiklər qeyd edirlər ki, NATO hələ də Rusiyanın mümkün hücumuna reaksiyası ilə bağlı vahid razılığa gələ bilmir. Kreml də çox güman ki, alyansın reaksiyasını minimuma endirəcək bir strategiya seçərək bundan istifadə edə bilər. Əgər bu baş verərsə, Putin əsas strateji məqsədlərindən birinə — NATO-ya olan inamı sarsıtmağa nail olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin