Nepalın yarısı yuyulub: Qiyamət kimi fəlakətin görüntüləri - VİDEO

Hazırda oxunan: Nepalın yarısı yuyulub: Qiyamət kimi fəlakətin görüntüləri - VİDEO

633573

Xəbər verdiyimiz kimi, Nepalın Tibetlə sərhəddə yerləşən ərazilərində güclü daşqın baş verib.

Bizim.Media “milli.az”a istinadla xəbər verir ki, çayın məcrasından çıxması nəticəsində su axını qarşısına çıxan yolları, tikililəri və digər infrastrukturu dağıdıb.

Mütəxəssislərin ilkin ehtimalına görə, təbii fəlakətə zəlzələ səbəb olub. Hadisənin ilk saatlarında yüzlərlə insanın itkin düşdüyü bildirilib.

Məlumata görə, itkin düşənlər arasında çox sayda xarici turist də var. Fəlakət bölgəsində axtarış-xilasetmə işləri davam etdirilir.

Daşqın zamanı lentə alınan görüntülərdə isə insanların təhlükədən uzaqlaşmaq əvəzinə baş verənləri mobil telefonları ilə qeydə aldığı görünür. Kadrlar sosial şəbəkələrdə geniş yayılaraq müzakirələrə səbəb olub.

Qiyamətə bənzədilən fəlakətin görüntülərini təqdim edirik:




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin