DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi – FOTO

Hazırda oxunan: DTX-nin “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə görüş keçirildi – FOTO

633554

Avqustun 26-da Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət mərkəzində Vətən müharibəsi iştirakçıları ilə ənənəvi görüş keçirilib. 

Bizim.Media xəbər verir ki, əvvəlcə qonaqlar mərkəzdə yaradılmış şəraitlə yaxından tanış olub, DTX əməkdaşlarının övladlarının rəsmlərindən ibarət sərgiyə tamaşa ediblər.
 

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən və Dövlət Himni səsləndirildikdən sonra tədbirin rəsmi hissəsi açıq elan olunub. 


Çıxış edənlər dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi və qətiyyətli sərkərdəliyi, yenilməz Azərbaycan Ordusunun rəşadəti və əzmi sayəsində 44 günlük Vətən müharibəsində qazanılan şanlı Zəfərdən, eləcə də dövlət suverenliyinin bərpası ilə nəticələnən antiterror əməliyyatlarından ətraflı danışıblar.

Əldə olunmuş tarixi qələbənin hər bir azərbaycanlıda sonsuz iftixar və qürur hissi oyatdığı, bunun gələcək nəsillərə əsl qəhrəmanlıq nümunəsi kimi ötürüləcəyi xüsusi vurğulanıb.

Eyni zamanda, Vətən müharibəsindən ötən illər ərzində ölkəmizin reallaşdırdığı mühüm layihələrin, eləcə də işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərinin xalqımızın gücünü və iradəsini bütün dünyaya bir daha nümayiş etdirdiyi diqqətə çatdırılıb.

Rəsmi hissədən sonra tanınmış incəsənət xadimlərinin vətənpərvərlik mövzusunda musiqi nömərləri ilə davam etdirilən tədbir xatirə fotoşəkillərinin çəkilməsi ilə başa çatıb.




















Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin