Dünyanın ən isti ölkəsi -Temperatur 50 dərəcəni keçir

Hazırda oxunan: Dünyanın ən isti ölkəsi -Temperatur 50 dərəcəni keçir

633543

Dünyanın ən isti ölkəsi deyəndə çoxlarının ağlına səhralar, Ərəbistan yarımadası və ya Afrikanın şimalı gəlir. Lakin orta illik temperatur əsas götürüldükdə siyahının ilk pilləsində Qərbi Afrikada yerləşən Burkina Faso qərarlaşır.

Bizim.Media xəbər verir ki, 1991-2020-ci illər üzrə iqlim göstəricilərinə əsaslanan məlumatlara görə, Burkina Fasoda orta illik temperatur təxminən 30,4 dərəcədir.

Ölkədə havanın bu qədər isti olmasının əsas səbəblərindən biri onun coğrafi mövqeyidir.

Burkina Faso Sahara səhrasının cənubunda, Sahel adlanan isti və quraq qurşaqda yerləşir. Bu ərazidə günəş şüaları güclü, buludluluq isə az olur. Uzunmüddətli quraqlıq da havanın daha isti keçməsinə səbəb olur.
 

Ölkənin şimalında iqlim daha quru və isti, cənubunda isə nisbətən rütubətlidir. Yay aylarında temperaturun 40 dərəcəni keçməsi adi haldır. Bəzi ərazilərdə isə bundan da yüksək göstəricilər qeydə alınır. Məsələn, Dori meteoroloji stansiyasında 2016-cı ilin aprelində havanın temperaturu 47,5 dərəcəyə yüksəlib. Yay aylarında isə bəzi bölgələrdə temperatur 50 dərəcəni də keçib.


Belə isti iqlim şəraitində insanlar gündəlik həyatlarını hava şərtlərinə uyğun qururlar. Günün ən isti saatlarında açıq havada görülən işlər mümkün qədər azaldılır, səhər və axşam saatlarına üstünlük verilir. Kənd yerlərində su quyuları və kiçik su anbarları xüsusi əhəmiyyət daşıyır.

İnsanlar həmçinin yüngül, bədəni günəş şüalarından qoruyan geyimlərə üstünlük verirlər.

Maraqlıdır ki, dünyanın ən isti ölkələrinin əksəriyyəti məhz Sahel bölgəsində yerləşir. Mali, Niger, Mavritaniya və Seneqal da yüksək orta illik temperatur göstəriciləri ilə seçilir. (Metbuat.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin