Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

Hazırda oxunan: Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra həyatını itirdi

633632

Şəmkirdə 11 yaşlı qız əməliyyatdan sonra ölüb.

Bizim.Media “apa.az”a istinadən xəbər verir ki, hadisə rayonun Sərxan kəndində qeydə alınıb.

Belə ki, 2015-ci il təvəllüdlü kənd sakini boğazında olan artıq ət səbəbilə Şəmkir Rayon Mərkəzi Xəstəxanasında əməliyyat olunub. Əməliyyatdan sonra evə buraxılan azyaşlı evdə vəfat edib.
 

TƏBİB-dən bildirilib ki, 1 nəfər azyaşlı (qadın cinsli) otorinolarinqoloji əməliyyat edilməsi səbəbilə 26.08.2026-cı il tarixində saat 10:00 radələrində Şəmkir Rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsinə hospitalizasiya olunub.


2015-ci il təvəllüdlü pasiyentə adenoidlərin hipertrofiyası, xroniki tonzilit diaqnozları təyin olunub və cərrahi əməliyyat icra edilib.

Pasiyentin müalicəsi Reanimasiya şöbəsində davam etdirilib.

27.08.2026-cı il tarixində saat 08:30 və 12:10 radələrində pasiyentdə qanaxma müşahidə olunub.

Pasiyent göstərilən reanimasiya tədbirlərinə cavab verməyib və 27.08.2026-cı il tarixində saat 13:40 radələrində onun bioloji ölüm faktı qeydə alınıb.

Meyit təşrih olunması üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə təhvil verilib.

Hadisə bağlı araşdırma aparılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin