Bu gün saat 18:40 radələrində "Əhmədli" stansiyasında sərnişin (qadın) qatar yoluna düşüb.
Bizim.Media xəbər verir ki, bu barədə "Report"a"Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb, təcili tibbi yardım çağırılıb.
Sərnişinin stansiya yolundan çıxarılması üçün müvafiq tədbirlər görülüb, qatar yolundan çıxarılmış sərnişin polisə təhvil verilib.
Hadisə ilə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar yola salınıb. Hadisə ilə bağlı intervalda 9 dəqiqəlik yubanma yaranıb.
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
20:08 / 28.08.2026
Bakı metrosunda HADİSƏ: Qadın qatar yoluna düşdü
Hazırda oxunan: Bakı metrosunda HADİSƏ: Qadın qatar yoluna düşdü
Hazırda oxunan: Bakı metrosunda HADİSƏ: Qadın qatar yoluna düşdü
633579
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





































































































