Müharibənin əvvəlində ABŞ və İsrailin hücumu zamanı üz nahiyəsindən ağır yaralanan İranın Ali rəhbəri Müctəba Xamenei qərarların qəbulunda rol oynayır və ölkəni gözdənuzaq şəkildə idarə edir.
Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” İran mənbələrinə istinadla məlumat yayıb.
Mənbə onun səhhətinin yaxşılaşdığını iddia edib.
Bildirilib ki, ancaq məhdud sayda rəsmi şəxs Müctəba Xamenei ilə birbaşa və üzbəüz əlaqə saxlayır:
“ABŞ-nin onu hədəfə almaq üçün istifadə edə biləcəyi məlumatların sızmasının qarşısını almaq məqsədilə vəziyyəti və harada olduğu barədə təfərrüatlar açıqlanmır”.
“Reuters” yazıb ki, bu iddialara baxmayaraq, Müctəba Xameneinin nə bir görüntüsünün, nə də səsyazısının olmaması vəziyyəti və real rolu ilə bağlı şübhələri artırıb. (teleqraf.az)
Bizim.Media

- A-
- A
- A+
Region
21:06 / 28.08.2026
Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
Hazırda oxunan: Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
Hazırda oxunan: Müctəba Xamenei ilə bağlı yeni xəbər yayıldı
633590
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




































































































