İstanbulun Zeytinburnu rayonunda Kabataş–Bağcılar tramvay xəttində iki tramvay toqquşub.
Bizim.Media “Milliyet”ə istinadla xəbər verir ki, qəza nəticəsində 9 nəfərin xəsarət aldığı bildirilir.
Qəza səbəbilə tramvay xəttində reyslərin hərəkət istiqaməti müvəqqəti olaraq dəyişdirilib.
Hadisənin başvermə səbəbləri hələ ki, məlum deyil.
Bizim.Media








































































































