Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

Hazırda oxunan: Azərbaycanın yeni səfiri etimadnaməsini Belçika XİN-ə təqdim etdi - FOTO

633603

Azərbaycanın Belçikadakı səfiri Məmməd Əhmədzadə etimadnaməsini bu ölkənin Xarici İşlər Nazirliyinin (XİN) Protokol idarəsinin rəisi Pyer Kartuvelsə təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə M. Əhmədzadə "X" sosial şəbəkə hesabında yazıb.

"Bu gün mən Etimadnaməmin surətini Belçika Krallığının Xarici İşlər Nazirliyinin Protokol idarəsinin rəisi, səfir Pyer Kartuvelsə təqdim etdim. Səmimi qəbula və məzmunlu fikir mübadiləsinə görə minnətdaram. Azərbaycan və Belçika arasında əməkdaşlığın gücləndirilməsini səbirsizliklə gözləyirəm", - paylaşımda bildirilib.

Xatırladaq ki, M. Əhmədzadə avqustun 10-da Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycanın Niderland Krallığında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
 


Bizim.Media

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin