Şok: İsrail NATO-nu Türkiyəyə qarşı təzyiqlərə çağırdı

Hazırda oxunan: Şok: İsrail NATO-nu Türkiyəyə qarşı təzyiqlərə çağırdı

63326
İsrail hökuməti NATO ölkələrini Türkiyəyə qarşı təzyiq etməyə çağırıb.
 
Axar.az-ın məlumatına görə, İsrail Türkiyənin "Torpaqlarında Həmas terrorçularına fəaliyyət göstərməyə icazə verdiyi" iddiası ila NATO və ABŞ rəhbərliyinə səslənib.
 
İsrailin nüfuzlu “Yedioth Ahronoth”x9d qəzetinin “Ynet”x9d saytı bu barədə məlumat verərək Türkiyəni “İsraillilərə qarşı terror hücumlarını planlamağa icazə verib" iddiası ilə Ankaranın mühakimə olunmasını istəyib.
 
İsrail mediasına danışan Türkiyə səlahiyyətliləri isə yayılan iddiaları təkzib edərək "yalan və əsassız" adlandırıb.
 
Xatırladaq ki, İsrailin daxili kəşfiyyat təşkilatı olan “Shin Bet”x9d bir neçə gün öncə çox sayda Həmas üzvünün nəzarətə alındığını bildirərək, təşkilatın İsraili yerlə-yeksan etmək planı olduğunu iddia etmişdi:
 
“Türkiyədəki Həmas qərargahı tərəfindən idarə olunan İordan çayını qərb sahilindəki Həmas üzvləri Qüdsdə yerləşən ən böyük futbol stadionunda və şəhərin strateji nöqtələrində böyük təxribat törətməyə hazırlaşır”x9d.
- See more at: //axar.az/news/36191#sthash.sZ4RGtJU.dpuf
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin