Məhkəmə Tramp administrasiyasının miqrantlarla bağlı qərarını QANUNSUZ elan etdi

Hazırda oxunan: Məhkəmə Tramp administrasiyasının miqrantlarla bağlı qərarını QANUNSUZ elan etdi

632479

Manhetten federal məhkəməsi Donald Tramp administrasiyasının yanvar ayında 75 ölkənin vətəndaşlarına immiqrasiya vizalarının verilməsini dayandırmaq haqqında qərarını qanunsuz elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Hakimlər Kollegiyasının nümayəndəsi Cannett Varqas ABŞ Dövlət katibi Marko Rubionun öz səlahiyyətlərini aşdığını və verilən qərarın Amerikanın immiqrasiya qanunvericiliyinə zidd olduğunu bildirib.
 

Qeyd edək ki, sözügedən məhdudiyyətlər Braziliya, Kolumbiya, Uruqvay, Bosniya və Herseqovina, Albaniya, Pakistan, Banqladeş, həmçinin Afrika, Yaxın Şərq və Karib hövzəsinin bir sıra ölkələrinin vətəndaşlarına şamil olunmuşdu.


Dövlət Departamenti daha əvvəl bəyan etmişdi ki, bu ölkələrin vətəndaşlarının ABŞ-nin dövlət resurslarından asılı vəziyyətə düşmə riski daha yüksəkdir. Məhkəmə qərarı isə hüquq müdafiə təşkilatlarının, viza müraciətçilərinin və yaxınlarının köçməsinə zəmanət verən ABŞ vətəndaşlarının iddiası əsasında çıxarılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin