Almaniyanın xarici işlər naziri Yohan Vadeful Ukraynaya səfər edib.
Bizim.Media xəbər verir ki, nazir Ukraynanın müstəqilliyinin 35-ci ildönümü ərəfəsində reallaşdırılan səfərlə əlaqədar media nümayəndələrinə açıqlamasında əsas mövzulardan birinin ölkənin qarşıdan gələn qış mövsümünə hazırlanması və enerji infrastrukturunun qorunmasıdır.
“Rusiya hücumlarla elektrik enerjisi və istilik təchizatı kimi mülki infrastrukturu qəsdən hədəfə alır. Buna görə də biz artıq qış haqqında düşünürük və Ukraynanın qış hazırlıqlarına dəstək olmaq üçün çalışırıq”, - deyən Y.Vadeful Almaniyanın Ukraynaya dəstəyinin davamlı olacağını vurğulayıb.
Nazir Almaniyanın Ukraynanı generatorlar, ehtiyat hissələri və digər enerji avadanlıqları ilə təchiz etdiyini, eləcə də ölkənin enerji sektoruna və kritik infrastrukturunun dayanıqlığının artırılmasına dəstək verdiyini bildirib.
O, səfər çərçivəsində təhlükəsizlik və müdafiə sahələrində əməkdaşlığın genişləndirilməsi, hərbi imkanların gücləndirilməsi və təcrübə mübadiləsinin də müzakirə olunacağını qeyd edib.
Y. Vadefulun sözlərinə görə, əsas məqsəd beynəlxalq dəstək hesabına Ukraynanın müharibəyə daha uzun müddət davam gətirməsini təmin etmək və Rusiyanı müharibəni davam etdirməkdən çəkindirməkdir.
Bizim.Media


































































































