Almaniyanın Leypsiq hava limanında Ukraynaya məxsus yük təyyarəsinin yaxınlığında detanatorla təchiz olunmuş dron aşkarlanıb.
Bizim.Media xəbər verir ki, bu barədə Bild qəzeti məlumat yayıb.
Antonov yük təyyarəsinin yaxınlığında naməlum maddə ilə təchiz edilmiş pilotsuz uçuş aparatı tapılıb. İstintaq orqanları həmin maddəni mümkün partlayıcı qurğu kimi qiymətləndiriblər.
Almaniya polisi hadisənin təxribat ola biləcəyini istisna etmir və insidenti dövlət təhlükəsizliyinə qarşı cinayət kimi araşdırır. Dronu idarə edən şəxsin kimliyi hələ müəyyən edilməyib.
Bizim.Media


































































































