İrandan Britaniyaya yük aparan maşın Naxçıvanda saxlanıldı – FOTO/VİDEO

Hazırda oxunan: İrandan Britaniyaya yük aparan maşın Naxçıvanda saxlanıldı – FOTO/VİDEO

629431

Naxçıvan Baş Gömrük İdarəsinin “Şahtaxtı” gömrük postunda Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Böyük Britaniyaya “qarışıq ərzaq” yükü aparan nəqliyyat vasitəsində narkotik axtarışı üzrə xidməti itin tətbiqi ilə gömrük yoxlaması aparılıb.

İdarədən Bizim.Media-ya bildirilib ki, nəticədə nəqliyyat vasitəsinin dartıcısındakı soyuducunun alt hissəsində kustar üsulla düzəldilmiş gizli saxlanc yerindən külli miqdarda - 4 kiloqram 500 qram narkotik vasitə - tiryək aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin