Qazaxıstanda telekommunikasiya sahəsində ən iri infrastruktur layihələrindən birinin - Xəzər dənizinin dibi ilə çəkilən Trans-Xəzər sualtı fiber-optik rabitə xəttinin dəniz hissəsinin tikintisi başa çatıb.
Bizim.Media Qazaxıstan Baş nazirinin rəsmi informasiya resursuna istinadla xəbər verir ki, sualtı kabel Qazaxıstan sahilinə uğurla çatdırılıb.
Bununla da “Qazaxtelekom” SC və “AzerTelecom International” şirkətinin həyata keçirdiyi layihənin ən mürəkkəb hissəsi tamamlanıb.
Aktau–Sumqayıt marşrutu Qazaxıstanın və Azərbaycanın rəqəmsal infrastrukturunu birləşdirəcək, Asiya ilə Avropa arasında məlumatların yüksək sürətlə birbaşa ötürülməsini təmin edən dəhlizə çevriləcək.
Layihə beynəlxalq rabitənin etibarlılığını artıracaq və iki ölkənin tranzit potensialını gücləndirəcək.
Bizim.Media



































































































