Bir neçə gün öncə açıq ürək əməliyyatı keçirən əməkdar incəsənət xadimi, xanəndə Aqil Məlikov bu gün xəstəxanadan evə buraxılacaq.
Bu barədə Bizim.Media-ya onun oğlu, xanəndə Hüseyn Məlikov məlumat verib.
Onun sözlərinə görə, xanəndənin vəziyyəti artıq yaxşılaşıb:
“Atam iyulun sonunda açıq ürək əməliyyatı keçirdi, damarları tutulmuşdu, bir neçə damar dəyişdirildi. Əməliyyat yaxşı keçdi, səhhəti qənaətbəxşdir. Yavaş-yavaş yeriyir, danışır. İndi xəstəxanadayıq, amma bu gün evə çıxacaq. Heydər Əliyev Fondunun böyük dəstəyi oldu. Xanəndənin səhhətini diqqətdə saxladılar, işi nəzarətə götürdülər. İndi də sıx-sıx əlaqə saxlayıb, atamın əhvalı ilə maraqlanırlar. Onlara çox sağ ol deyirik, hər birinə can sağlığı arzu edirik. Həm medianın, həm də insanların duası bizə kömək oldu”.
Xatırladaq ki, bir neçə gün öncə səhhətində problem yaranan 74 yaşlı Aqil Məlikov paytaxt xəstəxanalarının birinə yerləşdirilib və açıq ürək əməliyyatı keçirib.
Günay Şahmar, Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
16:40 / 05.08.2026
Xanəndə Aqil Məlikovun səhhəti ilə bağlı oğlundan AÇIQLAMA
Hazırda oxunan: Xanəndə Aqil Məlikovun səhhəti ilə bağlı oğlundan AÇIQLAMA
Hazırda oxunan: Xanəndə Aqil Məlikovun səhhəti ilə bağlı oğlundan AÇIQLAMA
629490
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

































































































