Qusarın dağlıq Ləzə kəndinə gələn palçıq selinin fəsadları aradan qaldırılır.
Yerli sakinlər bu barədə Bizim.Media-ya məlumat veriblər.
Bildirilib ki, keçən ilin sentyabrında təkrar başlanan palçıq axını Ləzəçayda ciddi problem yaratmışdı. Çay kəndi iki yerə bölmüş, məcrası dəyişdirilmişdi. Bu ilin iyun ayında təkrar müşahidə edilən palçıq seli çayda vəziyyəti daha kritik həddə gətirmişdi.
Artıq neçə müddətdir Qusar Rayon İcra Hakimiyyətinin xətti ilə əraziyə gələn ağır texnika sakinləri ciddi narahat edən işləri həyata keçirir.
Bildirilib ki, Ləzəçayın məcrası dərinləşdirilir. Bu, qarşıdan gələn payız aylarında müşahidə ediləcək yağıntılardan zərər çəkməmək və təkrar palçıq axını gələcəyi təqdirdə çaydakı fəsadların evlərə yaxınlaşmaması üçün edilir.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu






































































































