Metronun iki stansiyasına rəis TƏYİNATI

Hazırda oxunan: Metronun iki stansiyasına rəis TƏYİNATI

629429

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinə iki yeni stansiya rəisləri təyin olunublar.

Bizim.Media xəbər verir ki, bu barədə QSC sədri Vüsal Aslanov əmrlər imzalayıb.
 

Sədrin əmrləri ilə metronun "Koroğlu" stansiyasının rəis müavini Telman Vəliyev tutduğu vəzifədən azad edilərək "Ulduz" stansiyasının rəisi vəzifəsinə təyin edilib.


V.Aslanlının digər əmri ilə "Memar Əcəmi" stansiyasının rəis müavini Əyyub Həsənov tutduğu vəzifədən azad edilərək metronun "Qara Qarayev" stansiyasına rəis təyin edilib.

Hər iki şəxs kollektivə təqdim edilib və vəzifələrinin icrasına başlayıblar. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin