İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

Hazırda oxunan: İcra başçısı vətəndaş qəbuluna süpürgəçiləri yığdırdı -Özündən AÇIQLAMA - FOTO

629499

Bir neçə gün əvvəl Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev vətəndaşlarla növbəti qəbulunu keçirib.
 
Bizim.Media Manset.az-a istinadən xəbər verir ki, 7-ci mikrorayonda baş tutan görüş kuryoz hadisə ilə yadda qalıb.

Belə ki, iddiaya əsasən, icra başçısı ilə görüşə vətəndaşların əvəzinə Mənzil Kommunal Təsərrüfatı Birliyinin əməkdaşları gətirilib. Hətta iki nəfər süpürgəçi də qəsəbə sakini kimi təqdim olunublar.
 

Məlumata görə, sonradan sosial şəbəkələrdə 7-ci mikrorayon sakinləri buna etiraz edərək görüşün onlardan xəbərsiz keçirildiyini, onların əvəzinə isə "JEK" əməkdaşlarının iştirak etdiyini sərt tənqid ediblər. Onlar çıxış edən həmin süpürgəçilərin də adıçəkilən ərazidə yaşamadığını iddia ediblər.


Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı Elxan Allahverdiyev bu barədə məlumatı təkzib etməyib:

"Mən sizdən xahiş edirəm ki, bizim İctimai-siyasi və humanitar məsələlər sektoru ilə əlaqə saxlayın. Onlar buna cavab verə bilməsələr, məndən soruşacaqlar. Mən də hansı məlumat lazım olsa, bildirəcəyəm".












 
Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin