Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

Hazırda oxunan: Kolleclərdə ən yüksək təhsil haqqı olan ixtisaslar - SİYAHI

629502

2026/2027-ci tədris ili üzrə orta ixtisas təhsili müəssisələrində ən yüksək illik təhsil haqqı 1 300 manat təşkil edir.

Bizim.Media xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) nəşr etdiyi "Abituriyent" jurnalına əsasən, bu məbləğ bir neçə kollecdə müxtəlif ixtisaslar üzrə müəyyən edilib.

Ən yüksək təhsil haqqı tələb olunan kolleclər və ixtisaslar aşağıdakıdır:

Bakı Biznes və Kooperasiya Kolleci

Bu kollecdə "kargüzarlıq və arxiv işi", "bank işi", "bələdiyyə işi", "kommersiya işi", "marketinq" (sahələr üzrə), "sığorta işi", "vergi işi", "kompüter sistemlərinin təmiri və servisi", "nəqliyyat logistikası", "sosial iş", "turizm işinin təşkili", "maliyyə işi" (Azərbaycan və rus bölmələri), "kompüter şəbəkələri və şəbəkə inzibatçılığı" (Azərbaycan və rus bölmələri) ixtisasları üzrə illik təhsil haqqı 1 300 manat müəyyən edilib.

Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kolleci

Bu təhsil müəssisəsində "nəqliyyatda avtomatlaşdırılmış idarəetmə sistemləri" ixtisası üzrə illik təhsil haqqı 1 300 manatdır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika Kolleci

Bu kollecdə "sənaye müəssisələrinin elektrik avadanlıqlarının quraşdırılması və istismarı", "neft-qaz quyularının istismarı", "neft-qaz çıxarılması", "neft-qaz yataqlarının geologiyası və işlənilməsi", "neft və qaz", "neft-qaz qurğuları", "mühasibat uçotu" ixtisaslarında təhsil almaq istəyənlər illik 1 300 manat təhsil haqqı ödəyəcəklər.

Bakı Dövlət Universitetinin nəzdində İqtisadiyyat və Humanitar Kolleci

Bu kollecdə "bank işi", "maliyyə işi" və "mühasibat uçotu" ixtisasları üzrə illik təhsil haqqı 1 200 manat təşkil edir.

Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində Maliyyə-İqtisad Kolleci

Bu təhsil müəssisəsində isə "bank işi", "maliyyə işi", "mühasibat uçotu" və "vergi işi" ixtisaslarının illik təhsil haqqı 1 100 manat müəyyən olunub. (Modern.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin