“Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

Hazırda oxunan: “Veysəloğlu MMC”nin “Dost Əllər” layihəsi çərçivəsində neyromüxtəlifliyi olan gənclər üçün masterklass keçirilib

629426

“Veysəloğlu MMC” sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə davam edir.

Bizim.Media xəbər verir ki, şirkətin həyata keçirdiyi “Dost Əllər” layihəsi çərçivəsində, Dr. Oetker markasının tərəfdaşlığı ilə Kaşalata Cafedə neyromüxtəlifliyi olan gənclər üçün xüsusi masterklass təşkil olunub.
 

Masterklass Xonça Fabrikinin baş texnoloqu Elnur Zeynalovun rəhbərliyi ilə baş tutub. Tədbir zamanı autizmli gənc Həmzə cupcake-lər hazırlayıb, digər iştirakçılar isə onları böyük həvəslə bəzəyərək prosesdə fəal iştirak ediblər.


Layihənin əsas məqsədi neyromüxtəlifliyi olan gənclərin sosial inteqrasiyasına dəstək vermək, onların yeni bacarıqlar əldə etmələri üçün imkan yaratmaq, yaradıcılıq potensialını təşviq etmək və faydalı, öyrədici mühitdə xoş təcrübələr qazanmalarına töhfə verməkdir.

“Veysəloğlu MMC” sosial məsuliyyət istiqamətində həyata keçirdiyi layihələrlə cəmiyyətin müxtəlif qruplarının inkişafına dəstək göstərməyə, inklüziv təşəbbüslərin genişlənməsinə və cəmiyyət üçün davamlı dəyər yaratmağa davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin