Türkiyədə iki günlük səfərdə olan ABŞ vitse-prezidenti Cozef Bayden burada Türkiyə prezidenti Ərdoğanla və baş nazir Əhməd Davudoğlu ilə görüşüb. Bu səbəbdən Türkiyədə iki gün qalan Bayden otel xərcinə 700 min dollara yaxın, daha doğrusu, 624 min 734 dollar ödəyib.
Baydenin otel xərcini əks etdirən qəbzdə qeyd edilib ki, o, Hiton otelinin 200 otağını və konfrans zalını tutub. ABŞ Dövlət Departamentindən bildiriblər ki, əksər hallarda Co Bayden qaldığı otelin hər gün üçün pulunu verib bağlatdırır, ondan başqa heç bir qonaq qəbul edilməməsini tələb edir.(analitik.az)




































































































