Polşanın Baş naziri Donald Tusk Rusiyanın Polşadakı səfirinin Xarici İşlər Nazirliyinə çağırıldığını açıqlayıb.
Bizim.Media xəbər verir ki, buna səbəb Rusiyanın Ukraynanın qərb bölgələrinə endirdiyi kütləvi raket zərbəsi zamanı Polşanın hava məkanının pozulması olub.
Donald Tuskun sözlərinə görə, Polşa hava məkanına döyüş başlığı ilə təchiz olunmuş Rusiyaya məxsus X-101 qanadlı raketi daxil olub.
Raket daha sonra Lyublin şəhərindən təxminən 50 kilometr məsafədə yerə düşüb.
Polşa hökuməti hadisə ilə bağlı Rusiyadan izahat tələb edib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
18:18 / 31.07.2026
Rusiya səfiri Polşa XİN-ə çağırıldı
Hazırda oxunan: Rusiya səfiri Polşa XİN-ə çağırıldı
Hazırda oxunan: Rusiya səfiri Polşa XİN-ə çağırıldı
628617
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.































































































