ABŞ Prezidenti Donald Tramp iyulun 11-də qəfil ürək xəstəliyindən vəfat edən senator Lindsi Qremin yerinə müvəqqəti olaraq onun bacısı Darlin Qrem Nordonun təyin edilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, bu barədə dövlət başçısı özünün "Truth Social" sosial şəbəkə hesabında paylaşım edib.
Ağ Ev rəhbəri bu addımın vaxtsız vəfat edən siyasətçinin xatirəsinə olan yüksək ehtiramın göstəricisi olacağını bildirib.
Prezident Tramp paylaşımında Cənubi Karolina ştatının qubernatoru Henri Makmasterə müraciət edərək, Lindsi Qremin bacısı Darlini bu müvəqqəti senator vəzifəsinə ən layiqli namizəd kimi tövsiyə etdiyini vurğulayıb. ABŞ qanunvericiliyinə görə, növbədənkənar seçkilərə qədər boş qalan senator yerinə müvəqqəti təyinatı məhz ştatın qubernatoru həyata keçirir.
Xatırladaq ki, Cənubi Karolinanı uzun illər Konqresdə təmsil edən nüfuzlu senator Lindsi Qrem iyulun 11-i axşam saatlarında 71 yaşında vəfat edib.
Siyasətçinin ofisindən verilən ilk məlumatda onun qəfil xəstəlikdən dünyasını dəyişdiyi bildirilsə də, sonradan ölümün dəqiq səbəblərinə aydınlıq gətirilib.
"NBC News" telekanalının məlumatına görə, hadisə günü senatorun Kapitoli təpəsindəki evinə ürək tutması səbəbindən təcili yardım çağırılıb. Həkimlərin rəyinə əsasən, təcrübəli siyasətçinin ölümünə ürək-damar xəstəliyi fonunda yaranan aorta damarının yırtılması səbəb olub.
Bizim.Media



































































































