Böyük Britaniyada sınaq uçuşu həyata keçirən gənc bir pilot səmada qeyri-adi manevrlər edərək təyyarənin radardakı hərəkət trayektoriyası ilə "I’m bored" ("Darıxıram") sözünü yazıb.
Bizim.Media xəbər verir ki, pilotun səmada çəkdiyi bu rəqəmsal "mesaj" qlobal uçuşları canlı izləyən "Flightradar24" platformasının radarlarına düşüb.
Məlumata görə, "Ravenair" aviaşirkətinə məxsus təyyarənin sınaq uçuşu ümumilikdə təxminən iki saat çəkib.
Həmin vaxt sükan arxasında olan 20 yaşlı pilot səmada "Darıxıram" sözünü tamamlamaq üçün təxminən 20 dəqiqə ərzində ard-arda kəskin döngələr və manevrlər etməli olub. Şirkət rəhbərliyi hadisəyə kifayət qədər yumşaq yanaşıb və gənc pilota qarşı hər hansı bir cəza və ya intizam tədbiri görülmədiyini açıqlayıb.
"Ravenair" aviaşirkətinin əməliyyatlar üzrə meneceri Ueyn Barrett bildirib ki, sözügedən hava gəmisi bəzi texniki detalların yenilənməsindən sonra yoxlama məqsədilə havaya qaldırılmışdı.
O, belə uçuşların əsas məqsədinin sistemlərin işləkliyini yoxlamaq olduğunu və proses zamanı heç bir texniki problemin yaşanmadığını vurğulayıb. Menecer gənc pilotun hazırda məzuniyyətdə olduğunu və təyyarənin sağ-salamat anqara endiyini qeyd edib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
08:52 / 14.07.2026
Təyyarə ilə səmada “Darıxıram” yazdı, məzuniyyətə göndərildi – Video
Hazırda oxunan: Təyyarə ilə səmada “Darıxıram” yazdı, məzuniyyətə göndərildi – Video
Hazırda oxunan: Təyyarə ilə səmada “Darıxıram” yazdı, məzuniyyətə göndərildi – Video
625125
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































