ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

Hazırda oxunan: ABŞ bir neçə saata İran limanlarını tamamilə BAĞLAYIR

625113

ABŞ qüvvələri iyulun 14-də Şərq vaxtı ilə saat 16:00-dan etibarən İran limanlarına daxil olan və oradan çıxan dəniz nəqliyyatına qarşı blokadanı bərpa edəcək.

Bizim.Media xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının yaydığı bəyanatda bildirilib.

Qeyd olunur ki, blokada İran limanlarına və sahil ərazilərinə istiqamətlənən, eləcə də həmin ərazilərdən tranzit keçən gəmilərə şamil olunacaq.

“ABŞ ordusu blokadanın tələblərinə əməl edən bütün gəmilər üçün regional sularda dəniz nəqliyyatının təhlükəsiz hərəkətini dəstəkləməyə davam edir. Bütün dənizçilərə Oman körfəzi və Hörmüz boğazına yaxınlaşarkən dənizçilər üçün yayımlanan bildirişləri izləmələri və 16-cı kanal vasitəsilə ABŞ Hərbi Dəniz Qüvvələri ilə əlaqə saxlamaları tövsiyə olunur”, – deyə bəyanatda vurğulanır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin