Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

Hazırda oxunan: Venesueladakı zəlzələnin son statistikası: Daha 200 cəsəd tapıldı

625112

İyunun 24-də Venesuelanı sarsıdan ikiqat zəlzələ nəticəsində rəsmi olaraq həyatını itirənlərin sayı 4490 nəfərə çatıb. Son bir sutka ərzində dağıntılar altından daha 200-dən çox cəsəd çıxarılıb. Venesuela hökuməti itkin düşənlərin rəsmi sayını hələ də açıqlamır.

Bizim.Media xəbər verir ki, məlumatları Bolivar Respublikası Milli Assambleyasının sədri Xorxe Rodriqes təqdim edib.
 

O açıqlamasında 315 cəsədin şəxsiyyətinin hələ müəyyənləşdirilmədiyini bildirib və qeyd edib ki, itkin düşənlərlə bağlı məlumatlar dəqiq faktlar əldə olunana qədər ictimaiyyətə elan edilməyəcək.


O qeyd edib ki, xüsusilə fəlakətdən ən çox zərər çəkmiş La-Quayra ştatında axtarış-xilasetmə işləri və dağıntıların təmizlənməsi prosesi intensiv şəkildə davam etdirilir.

Rəsmi məlumatlara görə, yaralıların sayı 16 740 nəfər səviyyəsində qalır, 17 907 insan isə evsiz qalıb. Bundan əlavə, 19 minə yaxın zərərçəkmiş hələ də 94 müvəqqəti düşərgədə yerləşdirilib, minlərlə ailəyə humanitar yardımların paylanması davam edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin