Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

Hazırda oxunan: Ukraynanın Baş naziri Yuliya Sviridenko İSTEFA VERDİ

625094

Ukraynanın Baş naziri Yuliya Sviridenko istefa ərizəsini Ali Radaya təqdim edib.

Bizim.Media xəbər verir ki, bu barədə Ali Radanın sədri Ruslan Stefançuk "Facebook"da məlumat yayıb.

Onun sözlərinə görə, Baş nazirin istefa ərizəsi artıq parlamentə daxil olub və məsələ yaxın vaxtlarda müzakirəyə çıxarılacaq.
 

"Yuliya Anatolyevnaya dövlət üçün olduqca çətin bir dövrdə hökumətə rəhbərlik etdiyinə, iqtisadiyyatın gücləndirilməsinə, insanlara dəstək verilməsinə və ölkəmizin Avropa İttifaqı yolunda irəliləməsinə verdiyi töhfəyə görə təşəkkür edirəm", - deyə o vurğulayıb.


Qeyd edək ki, Yuliya Sviridenko 2025-ci il iyulun 17-də Baş nazir vəzifəsinə təyin olunmuşdu. Bundan əvvəl o, Ukrayna Baş nazirinin birinci müavini və iqtisadiyyat naziri vəzifələrində çalışıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin