Bizim.Media "Evropeyskaya pravda"ya istinadla xəbər verir ki, dövlət başçısı görüşün nəticələri barədə "X" sosial şəbəkəsində məlumat paylaşıb.
Onun sözlərinə görə, tərəflər mövqelərini əlaqələndiriblər, "antiballistik koalisiya" və "qətiyyətlilər koalisiyası"nın iclası öncəsi prioritetləri, həmçinin ikitərəfli əməkdaşlığı müzakirə ediblər.
"Ölkələrimiz arasındakı münasibətlər həqiqətən strateji səviyyəyə çatıb və bu, bir çox cəhətdən şəxsən Prezident Makronun səyləri sayəsində mümkün olub. Bu gün Emmanuelə bu illər ərzində göstərdiyi kömək və dəstəyə görə təşəkkür etdim və Ukraynanın əsl dostu olan cənab prezidenti "Azadlıq" ordeni ilə təltif etdim", – deyə Zelenski qeyd edib.
Prezidentin sözlərinə görə, onlar cəbhə xəttindəki vəziyyəti və Ukraynanın öz xalqını Rusiya hücumlarından qorumaq ehtiyaclarını ətraflı müzakirə ediblər.
Bizim.Media


































































































