İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

Hazırda oxunan: İsrail parlamentində qondarma "erməni soyqırımı" ilə bağlı səsvermə DAYANDIRILDI

625065

İsrail hökuməti Osmanlı İmperiyasında qondarma "erməni soyqırımı"nın tanınması haqqında parlament səsverməsini təxirə salıb.

Bizim.Media xəbər verir ki, bu barədə JNS agentliyi adı açıqlanmayan bir İsrail rəsmisinə istinadən məlumat yayıb.

Həftənin sonunda Knesset yay tətilinə çıxacaq və oktyabrın 27-nə təyin edilmiş parlament seçkilərinə qədər iclas keçirməyəcək. Beləliklə, bu məsələyə artıq parlamentin yeni tərkibi tərəfindən baxıla bilər.
 

Agentliyin məlumatınada qeyd edilib ki, keçən ay nazirlər kabinetinə bu təklifi təqdim edən İsrailin xarici işlər naziri Gideon Saarın mətbuat katibi bazar günü jurnalistlərin mövzu ilə bağlı sorğularına və zənglərinə cavab verməyib.


Daha əvvəl təşəbbüsün irəli sürülməsi qərarı İsrail nazirlər kabineti tərəfindən bəyənilmiş, Saarın özü isə bu addımı "mənəvi və tarixi borc" adlandırmışdı.

İyunun 28-də İsrail hökuməti qətnamənin təsdiqlənməsi üçün parlamentə göndərilməsini yekdilliklə dəstəkləmişdi.

Məlumatlarda qeyd olunurdu ki, İsrail bu qərarı qəbul edərsə, dünyada qondarma soyqırımı rəsmən tanıyan 35-ci ölkə ola bilərdi. Lakin bu mövzu İsrailin xarici siyasəti üçün çox həssas məsələdir və xüsusilə ölkənin Türkiyə və Azərbaycanla olan strateji münasibətləri ilə birbaşa bağlıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin