ABŞ İran yükləri daşıyan gəmilər üçün Hörmüz boğazını yenidən dəniz blokadasına alır, lakin digər bütün ölkələr ondan sərbəst şəkildə istifadə edə bilərlər.
Bizim.Media xəbər verir ki, bu barədə Amerika lideri Donald Tramp özünün "Truth Social" sosial şəbəkəsində yazıb.
Birja ticarətinin məlumatlarına əsasən, ABŞ dövlət başçısının bu bəyanatı fonunda neftin bahalaşması 5% sürətlənib və əsas etalon markası olan "Brent" neftinin bareli 80 dollardan baha satılmağa başlayıb.
Tramp "Fox News" telekanalına müsahibəsində bildirib ki, Vaşinqton Hörmüz boğazını nəzarətə götürəcək və bu su arteriyasından istifadə edən digər ölkələrdən mühafizə müqabiliyyətində kompensasiya alaraq bura bir "gözətçi" kimi rəhbərlik edəcək.
O vurğulayıb ki, ABŞ yarım əsrdən çoxdur heç bir ödəniş tələb etmədən bu rolu oynayıb, ona görə də indi bu işdən çoxlu pul qazanmağı hədəfləyir.
Qeyri-rəsmi məlumatlara görə, son bir sutka ərzində ABŞ hərbçiləri Hörmüz boğazından təxminən 20 kommersiya gəmisini müşayiət edərək keçiriblər.
Bizim.Media



































































































