Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

Hazırda oxunan: Avropa İttifaqında RƏQƏMSAL İNQİLAB – Uşaqlar üçün sosial şəbəkələr qadağan edilir

625026

Avropa İttifaqı azyaşlı istifadəçilərin sosial şəbəkələrdən istifadəsinə qlobal məhdudiyyətlər və yaş senzi tətbiq etməyə hazırlaşır.

Bizim.Media "Deutsche Welle" nəşrinə istinadən xəbər verir ki, bu barədə Brüsseldə keçirdiyi mətbuat konfransında Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen bəyanat verib.
 

Avropa Komissiyasının rəhbəri sosial şəbəkələrin uşaq və yeniyetmələrin psixologiyasına göstərdiyi mənfi təsirlərlə bağlı xüsusi ekspert qrupunun bir il ərzində hazırladığı hesabatı və təkliflər paketini ictimaiyyətə təqdim edib.


Hesabatda, avropalı mütəxəssislər 13 yaşından kiçik uşaqların valideyn nəzarəti olmadan sosial platformalardan istifadəsinin tamamilə qadağan olunmasını tələb ediblər.

Bununla yanaşı, hesabatda qeyd olunur ki, əgər onlayn platformalar yetkinlik yaşına çatmayanları virtual asılılıqdan, zorakılıq görüntülərindən və nifrət nitqindən qoruya bilməsə, daha böyük yaş qrupundakı yeniyetmələr üçün də ciddi məhdudiyyətlər qüvvəyə minməlidir.

Ursula fon der Lyayen çıxışında sosial şəbəkələr üçün yaşa uyğun tənzimləmələrin aparılmasının artıq qaçılmaz olduğunu vurğulayıb.

O bildirib ki, burada söhbət uşaqların sosial şəbəkələrə daxil ola bilməsindən yox, sosial şəbəkələrin hansı şərtlərlə bizim uşaqlarımızın həyatına daxil ola bilməsindən gedir.

Avropa Komissiyasının rəhbəri onu da əlavə edib ki, qurum ekspertlərin bu tövsiyələrinin ittifaq qanunvericiliyinə necə inteqrasiya olunacağını sentyabr ayına qədər rəsmən elan edəcək.

Qeyd edək ki, Hazırda Danimarka, İspaniya, Yunanıstan və Fransa kimi ölkələr bu rəqəmsal məhdudiyyətlərin ümumavropa səviyyəsində tətbiq olunmasını fəal şəkildə dəstəkləyirlər. Hətta bəzi Avropa dövlətləri vahid qərarı gözləmədən artıq milli qanunvericilik səviyyəsində analoji qadağaları qəbul ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin