NASA-nın rəhbəri Baykonur kosmodromuna gəldi

Hazırda oxunan: NASA-nın rəhbəri Baykonur kosmodromuna gəldi

625007

NASA-nın direktoru Cared Ayzekman Beynəlxalq Kosmik Stansiyaya (BKS) planlaşdırılan pilotlu missiyanın buraxılışı ilə bağlı tədbirlərdə iştirak etmək üçün Baykonur kosmodromuna gəlib.

Bizim.Media xəbər verir ki, bu barədə Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyi "İnterfaks-Qazaxıstan" agentliyinə məlumat verib.

NASA rəhbərinin BKS-ə yola düşəcək beynəlxalq heyəti yola salma mərasimində iştirakı gözlənilir.

"Soyuz MS-29" missiyası: "Soyuz-2.1a" daşıyıcı raketinin iyulun 14-də buraxılması planlaşdırılır.

Əsas heyət: Kosmik gəminin göyərtəsində "Roskosmos"un kosmonavtları Pyotr Dubrov və Anna Kikina, həmçinin NASA astronavtı Anil Menon yer alacaq.

Dublyor heyət: Rusiya kosmonavtları Konstantin Borisov və Dmitri Petelin, eləcə də amerikalı astronavt Deniz Bernhem missiyaya hazırlıq görürlər.

Ekspedisiyanın orbitdə 260 sutkadan çox davam edəcəyi planlaşdırılır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin