Polşa NATO ölkələrinin 2026-cı ilin yazında hazırladığı kollektiv hərbi yardım paketi çərçivəsində Ukraynaya "Patriot" hava hücumundan müdafiə sistemləri üçün doqquza qədər raket təhvil verib.
Bizim.Media xəbər verir ki, bu barədə Polşanın müdafiə nazirinin müavini Sezari Tomçik məlumat verib.
"RMF FM" radiosunun efirində çıxış edən Tomçik bildirib:
"Üçdən doqquza qədər — biz Ukraynaya məhz bu sayda ['Patriot' sistemləri üçün] raket vermişik".
Polşa tərəfi ABŞ-dan təminat alıb ki, hər hansı bir təhlükə yaranacağı təqdirdə, verilən raketlər onqat miqdarda kompensasiya ediləcək.
Müdafiə naziri Vladislav Kosinyak-Kamışın hərbi yardımlarla bağlı məlumatı açıqlamaq qərarı, müxalifət və Karol Navrotskinin rəhbərlik etdiyi prezident administrasiyası tərəfindən hökumətin Kiyevə raket verməkdə ittiham edilməsindən sonra verilib.
Bizim.Media






































































































