Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

Hazırda oxunan: Ukrayna qışadək Putinə təzyiqi gücləndirməyə çalışır — “Politico”

624967

Kiyev Rusiyanın enerji infrastrukturuna qarşı yeni hücumlar təşkil edəcəyindən ehtiyat edərək, qışa qədər rəsmi Moskvaya maksimum ziyan vurmağı hədəfləyib. "Politico" nəşri yazır ki, Ukrayna rəhbərliyi bu strategiya ilə həm daxili təhlükəsizliyi təmin etmək, həm də mümkün danışıqlar ərəfəsində mövqelərini möhkəmləndirmək niyyətindədir.

Bizim.Media xəbər verir ki, Estoniyanın Xarici İşlər Naziri Marqus Tsaxkna Rusiyanın zəiflədiyini vurğulayaraq deyib:

"Biz görürük ki, Ukrayna artıq uzaqmənzilli zərbələr endirməyi öyrəndiyi üçün Rusiya zəifləyir".

Strateji hədəflər və qorxu faktoru:

Ukraynalı rəsmilər qışda Rusiyanın yenidən istilik şəbəkələrini hədəf alacağını gözləyirlər.

Əsas məqsəd Rusiya Ukraynanın PUA istehsalı texnologiyalarını kopyalamamışdan öncə hərbi təzyiqi maksimuma çatdırmaqdır. Bu, Donald Trampın iştirakı ilə baş tuta biləcək mümkün sülh danışıqları öncəsi Kiyevin əlini gücləndirə bilər.

Tsaxknanın sözlərinə görə, Putinə yaxın dairələrdə artıq heç kim "qələbə"dən danışmır:

"Hazırda söhbət ondan gedir ki, müharibədən sonra onları nə gözləyir".

Avropalı diplomatlar da bu mövqeyi dəstəkləyərək bildirirlər ki, Ukraynaya lazım olan yardımı indi göstərmək vacibdir. Çünki istənilən gecikmə gələcəkdə daha baha başa gələ bilər. Diplomata görə, "Ukrayna hazırda təkcə özü üçün deyil, bütün regionun təhlükəsizliyi üçün döyüşür".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin